Ermənistanın hüquq-mühafizə orqanları Qarabağda dağıdılmış separatçı rejimin liderlərindən biri David Sarkisyanın avtomobilini müsadirə edib.
Oxu24.com bu barədə Ermənistan KİV-i vəkil Roman Yeritsyana istinadən məlumat yayıb.
“Maşın David Sarkisyanın iştirak etdiyi eyni proses çərçivəsində müsadirə edilib. Verilən izahat belə olub ki, avtomobil qanunsuz əldə edilmiş əmlak kimi götürülüb”, Yeritsyan bildirib.
Bu il mayın 27-də Sarkisyan 20 sutka həbs edilib. Təhlükəsizlik qüvvələri onun evində axtarış aparıblar. O və daha 3 nəfər dələduzluqda və 4 avtomobildən oğurluqda ittiham olunub.
Miri
Oxu24.com
ŞƏRHLƏR