Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118104
az

NASA: Yer orbitində rekord sayda insan qeydə alınıb

19:3315 Sentyabr, 2024
54
DÜNYA
  • A

Rusiyanın “Soyuz MS-26” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) buraxıldıqdan sonra Yer orbitində olan insanların sayına görə yeni rekord qeydə alınıb.

İndi, NASA-nın qeyd etdiyi kimi, orbitdə eyni anda 19 nəfər var.

Əvvəlki rekord 2023-cü ilin mayında Çinin "Şençjou-16" adlı pilotlu kosmik gəmisini kosmosa göndərdikdən sonra qeydə alınıb. Həmin vaxt İSS-in göyərtəsində, eləcə də Çinin Tianqonq kosmik stansiyasında eyni vaxtda ümumilikdə 17 nəfər olub.

Sentyabrın 11-də “Soyuz MS-26” kosmik gəmisi orbitə buraxılıb. Ekipajda ruslar Aleksey Ovçinin və İvan Vaqner, həmçinin amerikalı astronavt Donald Pettit var. Onların orbitdə 202 gün qalacağı gözlənilir. BKS-ə ekspedisiya zamanı kosmosda gəzintilər və elmi tədqiqatlar planlaşdırılır.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya öz səmasında Santa Klausu da vurdu - VİDEO

İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı -Nə baş verir?
Zelenski Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi