Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118086
az

Avropanı təhdid edən çağırış: Ümidlər yenə Azərbaycanadır

13:4015 Sentyabr, 2024
60
CƏMİYYƏT
  • A

İki ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi Avropanın enerji təhlükəsizliyində ciddi problemlər yaradıb. Moskva ilə bütün sahələrdə əməkdaşlığı dayandırmağı hədəfləyən Qərb enerji asılılığını azaltmaq üçün alternativ mənbələrə üz tutur. Təbii ki, bu prosesdə Avropa üçün ən ideal seçimlərdən biri Azərbaycandır. Artıq Bakı 10 ölkəni mavi yanacaqla təmin edir. Onlardan yeddisi Avropa İttifaqının üzvüdür.

"Kaspi" qəzetinin mövzuya dair yazısını təqdim edirik.

Avropanı təhdid edən çağırış

Bu günlərdə İtaliyaya işgüzar səfəri zamanı Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxış edən Prezident İlham Əliyev də bu məsələyə xüsusi vurğu edib. "Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır", - deyə Azərbaycan Prezidenti bildirib. İndi isə Qərb dövlətləri qarşısında enerji təhlükəsizliklərini təhdid edən yeni bir çağırış var. 2024-cü ilin dekabrında Rusiya qazının Ukrayna vasitəsi ilə Avropaya çatdırılmasına dair razılaşmanın müddəti başa çatır. Tərəflər bu məsələdə ortaq mövqeyə gələ bilmirlər. Əgər bu razılıq əldə olunmazsa, Avropanın dörd ölkəsində - Macarıstan, Slovakiya, Çexiya, Avstriyada - ciddi enerji problemi gözlənilir. Nəticədə tək Slovakiyanın büdcəsində 800 milyon avroluq bir defisit yaranması təhlükəsi var ki, bu, çox ciddi iqtisadi itkilər sayılır.

Qərb düşdüyü bu çətin vəziyyətdə nicat yolunu yenidən Azərbaycanda görür. Artıq Bakı ilə bu problemin həlli istiqamətində danışıqlar aparılır. Bu məsələdə bir neçə məqam xüsusilə vurğulanmalıdır. Azərbaycan qazının Rusiyadan keçməklə Ukrayna üzərindən tranzit olaraq Qərbə daşınması ilə bağlı müraciət məhz Brüssel və Kiyevdən gəlib. Bu müraciətləri nəzərə alan Azərbaycanın ali rəhbərliyi Kiyev və Moskva arasında qaz məsələsində vasitəçilik etməyə razılıq verib.

Bu fakt bir daha Azərbaycan Prezidentinin diplomatik məharətini, rəsmi Bakının yürütdüyü siyasətin proqnozlaşdırılan, ardıcıl və peşəkar olmasını, həmçinin ölkəmizin uzun illərdən bəri etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Məhz məlum siyasət nəticəsində hazırda konfrontasiya halında olan üç tərəf arasında enerji böhranının həllində ən ideal seçimin Azərbaycan olduğu hamı tərəfindən qəbul edilir. Azərbaycanın müharibə nəticəsində Ukraynaya humanitar yardımları, ərazi bütövlüyü və suverenliyinə davamlı siyasi dəstəyi və bu çətin anlarda enerji təhlükəsizliyinin təmininə verdiyi töhfələr rəsmi Kiyev tərəfindən Bakıya etimadın əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Rusiya ilə münasibətlərini daim ən üst səviyyədə saxlayaraq Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Bölgədə uzlaşdırıcı, qarşılıqlı hörmət və milli maraqlara əsaslanan praqmatik siyasətlə Moskva ilə münasibətlərin inkişafına daim diqqət yetirib. Bu səbəbdən məlum danışıqlarda vasitəçilik rolunu peşəkar və tərəfsiz formada reallaşdıra biləcək yeganə dövlət Azərbaycandır.

Yeri gəlmişkən, Prezident İlham Əliyev Çernobbio forumunda çıxışında bu məsələyə diqqət çəkib. Onun sözlərinə görə, bir neçə aydır ki, ümumi məxrəc üçün böyük səylər göstərilir: "Məlumdur ki, bu tranzit dayanarsa, - bu isə dekabr ayına təsadüf edəcək, - bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Biz, sadəcə, həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyirik. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaqdır. Bizdə müəyyən nikbinlik var. Çünki biz bu kontekstdə hər iki ölkə ilə təmasdayıq və görürük ki, ciddi irəliləyiş üçün zəmin var. Ancaq tərəfimdən təfərrüatların açıqlanması erkən olar. Burada uğura nail ola bilsək, zənnimcə biz bütün regionu viran edən bu müharibəyə son qoymaq üçün əlavə addımlar ata bilərik".

Azərbaycan Prezidentinin çıxışından da göründüyü kimi, nikbinlik var və bu, rəsmi Bakının qol qoyduğu bütün problemli məsələlərin müsbət sonluqla yekunlaşması üçün hədəflədiyi məqsədlərə, bütün vəzifələrə nail olduğunun göstəricisidir. Onu da qeyd etmək yerinə düşər ki, burada əsas alternativ mənbə qismində yenə Azərbaycan çıxış edir. Yəni, Bakının rolu tək vasitəçilik missiyası ilə yekunlaşmır, həm də bu təşəbbüsdə əsas söz sahibidir.

Məlum danışıqların hansı sonluqla yekunlaşacağı yaxın zamanlarda bilinəcək. Əgər Bakının enerji məsələsindəki vasitəçilik missiyası uğurlu nəticələr versə, bu, Kiyev və Moskva qarşısında yeni imkanlar pəncərəsinin açılması anlamına gəlir. Tərəflər etimad etdikləri və vasitəçilik missiyasını uğurla başa vuran bir ölkənin timsalında qanlı müharibəyə son qoymaq üçün yeni əlaqələndirici qazanmış olacaqlar. Prezident İlham Əliyevin "burada uğura nail ola bilsək, zənnimcə biz bütün regionu viran edən bu müharibəyə son qoymaq üçün əlavə addımlar ata bilərik" bəyanatını tərəflərə ilkin çağırış kimi də qiymətləndirə bilərik. Təbii ki, bu məsələdə son söz yenə də Kiyev və Moskvanın olacaq.

Lakin istər qaz tranziti ilə bağlı Bakıya edilən müraciətlər, vasitəçilik missiyası, istərsə də münaqişə tərəflərinin göstərdiyi etimad Azərbaycanın bu gün çox böyük beynəlxalq nüfuza və etibara sahib olduğunu göstərir. Bu, Azərbaycanın ali rəhbərliyinin liderlik keyfiyyətləri, diplomatik zəkası və praqmatik, milli maraqlara əsaslanan siyasətinin təzahürüdür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında- Fotolar
Quş qripinə qarşı epizootoloji monitorinq aparılır
Yeni Zelandiyada 5,8 bal gücündə zəlzələ oldu

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO