Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118071
az

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var

20:1514 Sentyabr, 2024
52
REDAKTORUN SEÇİMİ
  • A

14 sentyabr 2024-cü il tarixində saat 13:00 radələrində Ağdərə rayonu, Çardaqlı kəndində açıq ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd “Kamaz” markalı yanğınsöndürmə avtomobili qəza edib.

 

Bu barədə Oxu24.com -a  Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan yanğınsöndürən - 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan yanğınsöndürənlər müvafiq tibbi yardımın göstərilməsi məqsədilə təcili olaraq Nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə həkimlərin müşayiəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə təxliyə olunublar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda tutulan 18 yaşlı Hüseynlə bağlı ŞOK - Görün kimin qardaşı imiş
Toyuna hazırlaşan qız faciəvi şəkildə öldü-Foto
Qar yağacaq - PROQNOZ

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
DTX və DSX-dən birgə əməliyyat: Sərhəddə uçuş aparatı ələ keçirildi (FOTO)