Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11807
az

AzTV-nin Rəşad İlyasovla bağlı - Qərarı

11:0410 Aprel, 2019
975
CƏMİYYƏT
  • A
 
Artıq bir neçə gündür ki, Space TV-dəki efir biabırçılığı, müğənnilər Rüfət Axundov və Rəşad İlyasov ətrafında müzakirələr aparılmaqdadır. Qeyd edək ki, qalmaqallı veriliş zamanı Rüfət Axundovla birlikdə mahnını zümzümə edən Rəşad İlyasovun da həmkarının söyüşlərini təkrarlayaraq, aparıcıya tərəf gülə-gülə həmin ifadələri işlətməsi onu da qalmaqalın cənginə salmışdı. Bundan sonra əməkdar artist R.İlyasovun AzTV-nin solistliyindən çıxarılması haqda şayiələr yayılıb.

Oxu24.com  xəbər verir ki, AzTV-nin "İctimai-siyasi proqramlar” redaksiyasının baş redaktoru Sərvər Bayramov məsələ ilə bağlı "Yeni Müsavat”a açıqlama verib. Qurum əməkdaşı qeyd edib ki, müğənniyə qarşı heç bir qadağa tətbiq edilməyəcək:

"Qeyd edim ki, bu hadisə digər televiziya kanalının efirində baş verib. Bunun üçün də məsələnin araşdırılması MTRŞ-yə aiddir. Məlum olduğu kimi, MTRŞ artıq hadisə ilə bağlı öz açıqlamalarını yayıb. Açıqlamada da göründü ki, Rəşad İlyasovun bu məsələdə birbaşa günahı yoxdur. Neqativlər yalnız onun həmkarı ilə bağlıdır.


Həmçinin oxu:   Elinanı intihardan sonra məktəbdə belə sorğu-sual etdilər- VİDEO

MTRŞ-nin araşdırmasının nəticəsinə uyğun olaraq, R.İlyasov AzTV-nin solistliyində qalır”.

Xatırladaq ki, bir neçə gün öncə Space TV-nin "Hər səhər” proqramında müğənni Rüfət Axundov və Rəşad İlyasov fonoqrama oxuduqları zaman canlı efirdə biabırçı ifadələr işlədiblər. Nəticədə həmin görüntünü əks etdirən video sosial şəbəkələrdə yayılıb, telekanal ciddi problemlə üzləşib. Proqramın aparıcısı Anar Vaqifoğlu telekanaldan uzaqlaşdırılıb, səs rejissoru da işdən qovulub. Müğənni Rüfətin bir daha efirə çağırılmaması barədə televiziya rəhbərliyi tərəfindən təlimat verilib. Həmçinin MTRŞ tərəfindən televiziya kanalının rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq Space TV-nin 5-8 min manat cərimə olunması ilə bağlı protokol tərtib edilib.

Həmçinin oxu:  Kişilərin seks zamanı nə fikirləşir?- Bunlara mütləq diqqət edin! Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yumurta qaynatmaq sadə iş deyilmiş... -ŞOK ARAŞDIRMA
Zelenski: "Trampın sülh planı yoxdur"
Dərs zamanı mobil telefondan istifadə qadağan ediləcək - Tarix açıqlandı

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Lotereya    oğruları     tutuldu