Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118056
az

Bolqarıstanda döyüş təyyarəsi qəzaya uğrayıb

17:0614 Sentyabr, 2024
27
DÜNYA
  • A

Bolqarıstanda döyüş təlimi təyyarəsi aviaşou məşqi zamanı qəzaya uğrayıb, hər iki pilot həlak olub.

 

Oxu24.com xəbər verir  ki, bu barədə  Novinite məlumat yayıb.

Qəza ötən gün Qraf İqnatiyevo aviabazasında baş verib. Uçuşun çox aşağı hündürlüyünə görə pilotların ejeksiyon sistemini işə salmağa vaxtları olmayıb.

Qəzaya nəyin səbəb olduğu hələlik məlum deyil, lakin bildirilir ki, Aero L-39 Albatros döyüş təlim-məşq təyyarəsinin pilotları çox aşağı hündürlükdə mürəkkəb manevrlər yerinə yetirirmiş.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tatarıstanda Misir piramidalarından daha qədim məzarlıq tapılıb
Obama TikTok-da Harris üçün gənc ABŞ seçicilərini axtarır
Gürcüstan ABŞ-la münasibətlərinə yenidən baxa bilər