Qaynar xətt:

(+99450) 247 90 86

İran kosmosa tədqiqat peyki göndərdi - FOTO

DÜNYA

120

14.09.2024, 16:46

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, İran “Çamran-1” tədqiqat peykini orbitə göndərib.

OXU24.COM  xəbər verir ki, peykin əsas funksiyası orbital manevr texnologiyasını sınaqdan keçirməkdir.

“Bu gün səhər saatlarında “Çamran-1” tədqiqat peyki “Qaem-100” daşıyıcı aparatı vasitəsilə kosmosa buraxılıb və 550 kilometr yüksəklikdə uğurla orbitə çıxarılıb”, - məlumatda deyilir.

Hesabatda qeyd edildiyi kimi, peykin əsas missiyası orbital manevr texnologiyasını təsdiqləmək üçün proqram və avadanlıqları sınaqdan keçirməkdir.