Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118051
az

"Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub"

17:3114 Sentyabr, 2024
108
SİYASƏT
  • A

Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub.

OXU24.COM  xəbər verir ki, bu barədə Türkiyə KİV-i yazıb.

Bildirilib ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır: "Rəsmi Tehran düşünür ki, Zəngəzur dəhlizinin açılması ilə Türkiyə və Azərbaycanın regiondakı nüfuzu daha da güclənəcək. İran bunu təhdid kimi qəbul edir. İran bunun regionda, xüsusilə Cənubi Azərbaycanda milli kimlik hissini artıracağından narahatdır. Başqa bir məsələ isə İranın regional mənada geosiyasi nüfuzunun azalması ilə bağlıdır. Həmçinin Türkiyə ilə Mərkəzi Asiyadakı türk dövlətləri arasındakı əlaqədə İran faktoru indiki kimi təsirli olmayacaq. Növbəti məqam İranın Ermənistanla sərhəddəki nəzarət imkanlarının məhdudlaşmasıdır".

Qeyd olunub ki, bütün bunlar İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə təsir edir: "İran Ermənistanla diplomatik əlaqələrinin güclənməsinə töhfə verəcək addımlar atır. Buna misal olaraq İranın Ermənistanın Qafan rayonunda konsulluq açmasını və Ermənistanın Təbrizdə konsulluq açmasını planlaşdırmasını göstərmək olar".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Papadan növbəti atəşkəs çağırışı
Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ
Tramp ABŞ-da yalnız iki cinsi tanıyacağına SÖZ VERDİ

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
“Ayıcıq” bağçasında iş adı ilə insanları aldadan şəxs tutuldu- Video