Hollandiya vəd etdiyi “Patriot” hava hücumundan müdafiə sistemini hələlik Ukraynaya ötürə bilməyəcək.
Oxu24.com xəbər verir ki, bu barədə NL Times portalı Krallığın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Materialda Amsterdamın başqa ölkə ilə birlikdə Kiyevi avadanlıqla təchiz etməyi planlaşdırdığı qeyd edilir. Lakin adı açıqlanmayan bu dövlət layihədə iştirakdan imtina etdiyi üçün Hollandiya təşəbbüsdən əl çəkməli olub.
2024-cü il mayın 28-də krallığın müdafiə naziri Kaysa Ollonqren bildirib ki, ölkə hökuməti müttəfiqlərə Patriot kompleksini birgə yığaraq Ukraynaya çatdırmağı təklif edib. Hollandiya hava hücumundan müdafiə sistemi üçün əsas komponentlər və hissələri təmin etməyə hazır olduğunu ifadə edərək, digər dövlətlərdən çatışmayan hissələri əlavə etməyi xahiş edib.
İyulun 10-da Ukrayna prezidenti Vladimir Zelenski etiraf edib ki, Kiyev heç vaxt Qərb tərəfdaşları tərəfindən kifayət qədər hava hücumundan müdafiə sistemlərinə malik olmayacaq. Bu, Patriot komplekslərinə də aiddir.
Eyni zamanda, iyulun 15-də dövlət başçısı Ukraynanın paytaxtında mətbuat konfransı keçirərək, ölkəyə lazım olan “Patriot” komplekslərinin sayını açıqlayıb. Onun sözlərinə görə, səmanı qorumaq üçün Kiyevə 25 belə maşın lazımdır.
Bundan əvvəl Zelenski Patriot sistemlərinin Ukraynaya qeyri-rəsmi çatdırılmasından danışıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR