Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117979
az

Kobaxidze Gürcüstandakı seçkilərə kimin müdaxilə edəcəyini açıqlayıb

17:2013 Sentyabr, 2024
69
DÜNYA
  • A

“Rusiya deyil, başqa ölkələr Gürcüstanda payızda keçiriləcək parlament seçkilərinə müdaxilə edə bilər”.

 

Oxu24.com xəbər verir   ki, bu barədə   ölkənin baş naziri İrakli Kobaxidze bildirib.


“Rusiyanın Gürcüstandakı seçki proseslərinə ciddi təsir göstərmək üçün resursları yoxdur, amma başqa qüvvələr var”, - Kobaxidze bildirib.

 

Onun sözlərinə görə, “2024-cü il seçkilərinin görünməmiş kənar müdaxilələr fonunda keçirilməsi çox təəssüf doğurur ki, bu da seçki prinsiplərinin kobud şəkildə pozulmasıdır”.

 

Kobaxidze qeyd edib ki, “bütün bunların bir səbəbi var - Gürcüstan bəzi konkret insanları narahat edən ikinci cəbhə açmayıb”. Baş nazirin sözlərinə görə, “bu insanlar ümid edirlər ki, seçkilərdən sonra da ikinci cəbhə açmaq üçün öz agentlərini hakimiyyətə qaytara biləcəklər”.

 

Kobaxidze artıq iyul ayında demişdi ki, müxalifət oktyabrda ölkədə keçiriləcək parlament seçkilərində qalib gəlsə, Gürcüstan Rusiya üçün ikinci cəbhəyə çevriləcək. Onun sözlərinə görə, bu hərəkətlərdən imtina etdiyinə görə hakim “Gürcü arzusu” partiyasını rusiyapərəst adlandırıblar. Hökumət başçısı əlavə edib ki, Ukraynaya hərbi personalın göndərilməsi Gürcüstanın Rusiya ilə qarşıdurmada tam iştirakı deməkdir.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Uzak Şehir"dəki Fidanın real həyatdakı görkəmi heyrətə gətirdi - FOTO
Belarusda prezident seçkilərində erkən səsvermə başa çatdı
Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? -Paşinyandan AÇIQLAMA

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı