Yalan, yalançı üçün ictimai və psixoloji ziyanlar gətirər. İmam Əli (ə) buyurur: "Düz danışın, çünki Allah düz danşanlarladır".
Həzrət (ə) yenə buyurur: "Yalından uzaq olun, çünki imanı uzaq edəndir".
O kəsin ki, imanı vardır, dost və düşmənin yanında möhtərəm olar. Bütün dəyanətli insanların etimadını qazanar. O kəsin ki, imanı vardır, xəyanət etməz, oğurluq etməz, insanların haqqını verər, cəmiyyət üçün faydalı olar. Ona görə niyə də möhtərəm olmasın?1 Allah da həm bu dünyada və həm də o biri dünyada ona gözəl bir mukafat verər. Yalan isə qəlbdə olan imanı aradan aparar. Yalan danışan insan həm xəyanət edər, həm oğurluq edər; o, ümumən cəmiyyət üçün zərərlidir. Dost və düşmən yanında hörmət edilməz. Heç bir aqil insan ona etimad etməz. Hər kəsin yanında nifrətə layiq bir insan olar. (Tebyan)
Oxu24.com deyerler.org-a istinadən bildirir ki, yalanın başqa bir ictimai ziyanı - insanın abrının getməsidir. O zaman ki, yalançının yalanı aşkar olur, o, rüsvay olar və abrı gedər. Yalançının rüsvay olması onun yalanının üzə çıxması ilə olar. Aqil insanlar həmişə abır-həyalarının ardınca olmuşdular. Sərvət sahibləri də sərvətlərini öz heysiyyət və abırlarını əldə etmək üçün sərf edərlər. Qüdrət sahibləri isə qüdrətlərini bu məqama çatmaq üçün istifadə edərlər. Alimlər öz elmlərindən ümumi nəzərləri cəlb etmək üçün istifadə edərlər. Aqillər üçün ən əziz şey - heysiyyət və abırdır. Onların son hədəfləri də budur. Çünki var-yoxlarını buna sərf edərlər.
Ancaq yalançı öz əlləri ilə bunları özündən uzaqlaşdırır. Yalanın başqa bir ictimai ziyanı isə yalançının sözlərinin dəyərini itirməsidir. Əgər hər bir insana qiymət verilsəydi, ən mühüm qiymət onun sözlərinə verilərdi. Hər nə qədər sözləri dəyərli olardısa, danışanın dəyəri də bir o qədər çox olardı. Sözlərinin dəyəri nə qədər az olarsa, danışanın dəyəri də az olar.
Allahın Rəsulu (s) buyurur: "Ən az abıra malik olan insan o kəsdir ki, yalan danışar". Yalançı hansı təbəqədən olursa-olsun, dəyəri başqa insanlardan azdır.
Atalar və anlar gərək övladlarına yalan deməsinlər. Belə olan halda övladları valideynlərinə həmişə hörmət edər və ehtiramlarını saxlayarlar. Uşaq da valideyninə şübhəli nəzərlərlə baxmaz.
İmam Sadiq (ə) Həzrət İsadan (ə) nəql edir ki, buyurur: "O kəsin ki, yalanı çox olar, nuru gedər". Ola bilsin ki, nur dedikdə, insanların arasında olan dəyəri nəzərdə tutulur. Söz insanın sərmayəsidir. Bu, onu heyvanlardan ayıran cəhətidir. Məqsəd o deyildir ki, insan hər nə istəyirsə desin, bu, söz hesab edilsin. Heyvanların bəziləri də insan səslərini təkrar edə bilir. Burada məqsəd odur ki, insan söz danışan zaman məntiqli və mənalı söz danışmalıdır Oxu24.com
ŞƏRHLƏR