Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117958
az

Şəhid abidəsinə qarşı tərbiyəsizlik edən şəxs həbs olundu

14:4413 Sentyabr, 2024
118
CƏMİYYƏT
  • A

Lerik rayonunun Monidigah kəndində I Qarabağ müharibəsi şəhidi mayor Sabir Əliyevin xatirəsinə inşa edilmiş bulaq kompleksi yararsız hala salınıb. Şəhidin mərmərdən olan fotosunun üzəri cızılıb.

Oxu24.com xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya şəhidin yaxını Ramin Nəzərov müraciət edib. 

Bildirib ki, hadisə sentyabrın 7-si gecə saatlarında baş verib. Sentyabrın 8-də şəhidin adına bulaq kompleksinin açılışı olmalı idi. Lakin səhər həmin yerə gələrkən şəhidin portretinin pis vəziyyətə salındığı məlum olub.

DİN-in Mətbuat xidmətinin Lənkəran Regional Qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, artıq hadisəni törədən şəxs tapılıb. Belə ki, araşdırma zamanı xatirə bulağının üzərindəki mərmər lövhəyə zərər yetirən şəxsin həmin kəndin sakini Azad Abdullayev olduğu müəyyən edilib. Həmin şəxs saxlanılıb və barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Abdullayev inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Əliyev Sabir Xeyrulla oğlu I Qarabağ müharibəsində Ağdam və Füzuli istiqamətində vuruşub, 1994-cü ildə Horadizin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Hazırda Monidigah kənd tam orta məktəbi şəhidin adını daşıyır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarda bu 3 meyvəni qətiyyən yeməyin - Diqqət!
1 həftə qaldı - 4 bürc pul yağışına tutulacaq
Çayın yanında iki dənəsini yeyin - Enerji verəcək

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı