Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117953
az

Telefonunu zəng üçün qonşusuna verdi,pulları oğurlandı - ŞİKAYƏT

11:3213 Sentyabr, 2024
214
HÜQUQ
  • A

Gəncədə qadın qonşusu tərəfindən dələduzluğa məruz qaldığını iddia edib.

 

Oxu24.com xəbər verir ki,Gəncə Şəhəri Ağa Sultanov küçəsi 1,döngə ev3 ünvanında qəribə oğurluq hadisəsi baş verib.

 

Həmin ünvanda yaşayan Həlimə Qarayevanın qonşuluğunda yaşayan Aysel adlı şəxs 28 avqust 2024-cü il tarixdə Həlimə Qarayevanın telefonundan zəng etmək məqsədi ilə istifadə edərkən kart hesabında 1000 manat pul olduğunu görüb  və dərhal “M10” açaraq  həmin pulu öz hesabına göndərib.Bu barədə şikayətçi Həlimə Qarayeva polisə müraciət etdiyi rəsmi şikayət ərizəsində qeyd edib.

 

Qadının şikayəti  əsasında   Gəncə Şəhər    Polis  İdarəsinin  istintaq     şöbəsində araşdırma başlanılıb. İşin  istintaqı  Orxan  Aslanova  həvalə  edilib.

Mövzu ilə bağlı əməkdaşımız müstəntiq Orxan Aslanovla əlaqə saxlayıb.

 Orxan Aslanov  oxu24.com saytının  əməkdaşı ilə danışarkən istintaq hərəkətlərinin aylarla uzana  biləcəyini  bildirib. Müxbirimiz  mövcud  cinayət  işi  ilə  bağlı  əlavə  suallar  verərkən müstəntiq   Orxan  Aslanov  KİV haqqında qanunu tanımadığını,ümumiyyətlə mətbuat işçilərindən  xoşu gəlmədiyini,onlarla danışmağı  özünə rəva bilmədiyini  qeyd edərək “gedin,işinizlə məşğul olun”! ifadəsini  işlədib.  Müstəntiq  Orxan  Aslanov  görünür  anlamır  ki, KİV haqqında qanuna görə tərəflərin mövqeyini öyrənmək jurnalistin peşə borcudur.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“İlin vəkili” seçildi
Anar Bağırov: Hazırda Azərbaycanda138 vəkil qurumu fəaliyyət göstərir
DİN açıqlama yaydı

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ