Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117949
az

Vəkillər Kollegiyasının sədri III “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib

11:4913 Sentyabr, 2024
93
CƏMİYYƏT
  • A

Sentyabrın 12-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov III “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan İbrahim Məmmədzadə ilə növbəti faydalı görüş keçirib.

Görüş zamanı Kollegiya sədri İbrahim Məmmədzadəni salamlayıb, görülən işlərdən danışılıb, layihə qalibinin proqram çərçivəsində bir illik fərdi inkişaf planına nəzər salınıb və idarəçilik səriştəsinin daha da artırılması, habelə gələcək planları barədə geniş fikir mübadiləsi aparılıb.

Həmçinin görüşdə fərdi inkişaf proqramı əsasında ARVK-nın həyata keçirdiyi tədbirlər, İbrahim Məmmədzadənin fərdi inkişafı üçün səmərəli olan digər layihələr müzakirələr edilib, onun peşəkar sahədə hədəflərindən söz açılıb və mövcud potensialının inkişaf etdirilməsi ilə bağlı tövsiyələr diqqətə çatdırılıb, o cümlədən hər iki tərəfin bir sıra təklifləri istiqamətində fikir mübadiləsi aparılıb.

Eyni zamanda İbrahim Məmmədzadə mentorluq proqramı çərçivəsində ARVK-nın sədri Anar Bağırova yaradılan imkan və səmimi görüşə görə bir daha minnətdarlığını bildirib, bu istiqamətdə keçirilən bütün görüşlərin faydasını qeyd edib, aparılan fikir mübadiləsinin onun idarəçilik təcrübəsinin, habelə peşəkar vərdişlərinin təkmilləşdirilməsinə böyük stimul verdiyini vurğulayıb.

Qeyd edək ki, İbrahim Məmmədzadə ARVK tərəfindən keçirilən konfranslara və digər layihələrə cəlb olunub, aktiv iştirakına şərait yaradılıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəzərdə günün     3-cü         zəlzələsi
“Dedim, çatan kimi xəbər et ki, ana, sağ-salamatam...” - Video
Qəzada bu şirkətin 2 əməkdaşı    həlak     olub

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı