Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117927
az

Zaqatalada DƏHŞƏT: autizmli uşağı mərkəzdə döydülər

23:4412 Sentyabr, 2024
23
CƏMİYYƏT
  • A

Zaqatalada 3 yaşlı xəstə uşaq şiddətə məruz qalıb.

OXU24.COM  xəbər verir ki, bu barədə 3 yaşlı Xədicə Həsənzadənin anası Vəfa Həsənova məlum yayıb.

O bildirib: "Qızım 9 aydır Zaqatalada Xəqani Psixoloji Reabilitasiya Mərkəzinə gedir. Axır vaxtlar Xədicə qəribə olmuşdu, öz-üzünü şillələyirdi. Mərkəzdə müəllimə qızıma "ava" təlimi keçirdi. Bu təlim autizmli uşaqlara təhlükəsizliyi öyrətməklə bağlıdır. vakansiyalar

Xədicəni mərkəzə qoyandan sonra açıq pəncərədən onlara baxdım. Gördüm ki, müəllimə qızımın dizinə vurur. Öz narazılığımı mərkəz direktoruna bildirdim. Səhəri gün kamera açılanda başqa şiddətlərlə qarşılaşdım. Bunları videoya çəkdim. Hüquq-mühafizə orqanlarına da şikayət vermişəm".

Valideynin sözlərinə görə, həmin müəllim ilk günlər işdən çıxarılsa da, indi yenidən işə alınıb:

"Mənim narazılığımdan, şikayətimdən sonra müəllimə işdən çıxarıldı. Amma indi eşidirəm ki, onu təzədən işə götürüblər. Mənim xəstə uşağımı döyüblər, əlimdə görüntülər var, lakin günahkarlar cəzalandırılmır".

Xəqani Psixoloji Reabilitasiya Mərkəzindən edilən zənglərə cavab verən olmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, qeyd olunan məsələ ilə bağlı azyaşlının valideyni tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

Müvafiq ekspertiza təyin olunub, həmin hərəkətlərin müalicə proseduru və yaxud zorakılıq olması ekspertizanın rəyindən sonra məlum olacaq.

Hazırda rayon polis şöbəsində istintaq araşdırmaları davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaqatalada DƏHŞƏT: autizmli uşağı mərkəzdə döydülər
Bu yeməklərdən sonra çay və kofe içməyin!
3000 şəhid məqaləsi "Wikipedia"dan tamamilə SİLİNDİ -AÇIQLAMA

1000 ildən çox yaşı olan üzük tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
26 yaşlı qız özünü güllələdi