Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117926
az

Bu yeməklərdən sonra çay və kofe içməyin!

23:2212 Sentyabr, 2024
104
CƏMİYYƏT
  • A

Bir çoxları yemək yedikdən sonra ağız dadını çay və ya kofe ilə tamamlayır. Lakin ət və yaşıl yarpaqlı tərəvəzlərin üzərindən bunları içmək tövsiyə edilmir.

Bu barədə “Daily Mail”ə amerikalı əczaçı və dietoloq Debora Qreyson müsahibə verib.

O izah edib ki, bu içkilərin tərkibindəki “polifenol” adlanan kimyəvi maddə qidalardan aldığımız dəmirin qana ötürülməsinə mane olur.

Məlumdur ki, dəmir oksigenin qanda dövranı prosesində mühüm yer tutan elementlərdən biridir.

Bu həm də immun sistemin normal fəaliyyətini təmin edərək və insanların enerjili qalmasına şərait yaradır.

Dəmir əksikliyi adətən yorğunluq, zəiflik, yuxululuq, saç tökülməsi və təkrarlanan soyuqdəymə ilə özünü büruzə verir.

Buna görə də qırmızı ət, brokoli, ispanaq, kələm, kolrabi, rukkola, pazı kimi qidaların üzərindən çay və qəhvə istehlak etmək mineralların parçalanaraq qana keçməsinə çətinlik yaradır.

Dietoloq əlavə edib ki, şərabda olan taninlər və oksalatların da dəmiri bloklayan təsirləri olduğu üçün steykləri də şərabla qəbul etmək tibbi baxımdan doğru sayılmır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qışda kondisionerdən istifadənin zərərləri
Azərbaycanlı idmançı öldü - FOTO
Qəzada həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı