Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117914
az

SON DƏQİQƏ! Vikipediyadan Azərbaycan şəhidləri ilə bağlı məqalələr silindi

20:1412 Sentyabr, 2024
242
CƏMİYYƏT
  • A

Vikipediya kütləvi şəkildə Azərbaycan şəhidləri haqda olan məlumatları silib.

Oxu24.com xəbər verir ki, bununla bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas məlumat paylaşıb.

Həmin paylaşımı olduğu kimi təqdim edirik:

Bu məlumatı ictimailəşdirməkdə mənə kömək edin. 3000 şəhid məqaləsi vikipediadan tamamilə silindi. Aralında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantlar var. Müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediaçılar tərəfindən təmamilə silindi. Onlar buna səbəb kimi, şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər.

Bu işi qaldıran və icmada razılıq olmadan edənlər isə bu yaxınlarda vətənə xəyanət maddəsi ilə həbs olunan Bəhruz Səmədovun Azərbaycan dili də daxil olmaqla 5 dildə məqaləsini yaradıb. Artsaxa müstəqillik arzulayan, azərbaycanlı olduğu üçün utanc duyan Bəhruz Azərbaycan alimi, sülh tərəfdarı kimi müxtəlif dillərdə vikipediaya yerləşdirilib.

Qlobal vikipediaya fondundan heç bir istək və məhdudiyyət olmadan illərdir məqaləsi olan şəhidlər silinib. Bu birbaşa azərbaycanlı vikipediaçıların şəxsi təşəbbüsü əsasında olub. Aylardır buna zəmin hazırlanırdı. Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini vətənə xidmətlə keçirən, 5 medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb, vikipediadan silinir. Əvəzində mans, rəqqas məqalələri qalır. Bəli, bunu edənlər azərbaycanlılardır.

Mənim məqaləmin silinmə səbəbi də hakimiyyət yönümlü fəaliyyətdə günahlandırılmağım və prezident mükafatı almağım idi. Hər şey gün kimi ortadadır və Azərbaycan vikipediasının tör-toküntü saxta anarxistlərin əlində olduğunu göstərir. Bu etdiyiniz haqlı mübarizə metodu deyil. Amma əmin olun sizə uyğun mübarizə və cavab mən tərəfdən olacaq.

Bu işi edənləri adbaad ortaya çıxarmışam. Əgər hələ də Azərbaycanda həqiqi vikipediaçılar varsa, bu mövzuda mənə dəstək olsunlar. Sizin adınızı açıqlayacam. Baş prokrorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə haqqınızda bütün detalları ötürəcəm.

Medianı bu mövzunu işıqlandırmağa çağırıram.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


SON DƏQİQƏ! İsrail bu ərazini qapalı hərbi zona elan etdi

Mişustin İrəvana getdi
Pezeşkian Mişustinlə görüşdü

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
DTX və DSX-dən birgə əməliyyat: Sərhəddə uçuş aparatı ələ keçirildi (FOTO)