Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117907
az

Rusiya Kurksda bir neçə ərazini geri qaytardığını bəyan edib

19:2112 Sentyabr, 2024
92
DÜNYA
  • A

Rusiya ordusu Kurskda  iki gündə  10 yaşayış məntəqəsini geri qaytarıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, Ukrayna əsgərlərinin yerləşdiyi yerlərə havadan və qurudan hücumlar təşkil edilib və Ukrayna son 24 saat ərzində 300-dən çox əsgəri və 24 zirehli texnikasını itirib.

Açıqlamaya görə, Ukrayna ordusu avqustun 6-dan bu yana Kursk istiqamətində təxminən 12500 əsgər, 101 tank, 42 ​​piyada döyüş maşını, 83 zirehli transportyor və 699 zirehli texnika itirib.

Ukrayna prezidenti Vladimir Zelenski bu gün paytaxt Kiyevdə Litva prezidenti Gitanas Nauseda ilə keçirdiyi mətbuat konfransında Rusiya ordusunun Kursk vilayətində Ukraynanın nəzarətində olan Kurşçina qəsəbəsinə hücumlar təşkil etdiyini bildirib.

Avqustun 6-da Ukrayna ordusu Rusiya ərazisinin Kursk vilayətinə hücumlara başladıqdan sonra iki ordu arasında şiddətli toqquşmalar başlayıb.

Rusiya tərəfindən vəziyyətin “federal fövqəladə vəziyyət” səviyyəsinə yüksəldilməsi və antiterror vəziyyətinin elan olunduğu bölgədə 30-dan çox insanın həyatını itirdiyi, 100-dən çox insanın yaralandığı bildirilib.

Rusiya prezidenti Vladimir Putin Ukrayna əsgərlərinin Kursk vilayətindən qovulması ilə bağlı bəyanat verib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Göyərtədə uçuşa mane olacaq heç bir qüsur aşkar edilməyib” - “Embraer”
“Minsk Qrupu ləğv edilməlidir” - Zaxarova
Həlak olanlardan biri bu universitetin tələbəsi imiş - Foto

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı