Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117878
az

Qardaşların yarım milyardlıq cinayəti - TƏFƏRRÜAT

15:2812 Sentyabr, 2024
60
KRİMİNAL
  • A

Azərbaycanda cinayətkarlığa qarşı keçirilmiş ən böyük əməliyyatlardan birinin istintaqı aparılıb.

Oxu24.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən ilin sonlarında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsi barədə məlumat daxil olub. Həmin məlumat əsasında keçirilən xüsusi əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər həbs edilib.

Bunlar - Qasımov Bahadır Ağaqulu oğlu, Qasımov İkram Ağaqulu oğlu, Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğludur. Bahadır və İkram doğma qardaş, Fərhad isə onların əmisi oğludur. İstintaq həbs edilən şəxslərdən əlavə də eyni cinayətdə iştirak edən, lakin hələ şəxsiyyətləri müəyyən edilməyən şəxslərin olduğunu istisna etmir.

İttiham ondan ibarətdir ki, təqsirləndirilən şəxslər xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar bu əməlləri ilə faktiki olaraq bank fəaliyyəti həyata keçirib, nəticədə xüsusilə külli miqdarda vergi ödəməkdən yayınıblar. Pulların leqallaşdırlması isə əsasən Bakının Yasamal rayonunda, İstanbul və Dubay şəhərindəki ofislərdə həyata keçirilib. Şirkətin rəhbəri isə Bahadır Qasımov olub. O özü Rusiyada yaşadığı üçün idarəçiliyi qardaşı İkrama həvalə edib. İkram da əmisi oğlu Fərhad və onun tanışları Cavid və Anarla birgə qanunsuz pul leqallaşdırmaqla məşğul olublar. 

Bahadır Qasımov bu işlə məşğul olmazdan əvvəl də yaxşı imkana malik olub. Onun Rusiyada bankı və şirkətləri var. Azərbaycana gəldikdən 1 həftə sonra tutulub. Həmçinin qardaşı İkramın Dubayda avtomobil satışı ilə məşğul olan şirkəti mövcuddur. Bakıdakı şirkət isə onların üçüncü qardaşı Bibiqulu Qasımovun adına rəsmiləşdirilib.

Milyonlarla pul, qızıl-brilyantlar, odlu silahlar...

Dəstə üzvlərinin işlədikləri ofisdə və evlərində keçirilən xüsusi əməliyyatlar dəhşətli faktların üstünü açıb.

Əldə edilmiş sənədlərlə müəyyən edilib ki, şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin də 1 faizi- 2 milyon 500 min manatı xidməthaqqı kimi onların özünə qalıb. Bununla da onlar qanunsuz sahibkarlıq edib, həmçinin qanunsuz leqalaşdırma həyata keçirdikləri üçün daha ağır cinayət törədiblər.

Bütün bunlar istintaqın sübutlarıdır. Hələ ki, məhkəmə tərəfindən hüquqi qiymətini almayıb.

İkram Qasımovun razılığı ilə Yasamalda yerləşən sözügedən ofisdə və onun yaşadığı evdə axtarış həyata keçirilib. Böyük məbləğdə pullar, qızıl-zinət əşyaları və silahlar aşkar edilib. Burada söhbət 1 milyon 500 min dollar və 1 milyon 400 min manata yaxın puldan, iki ədəd odlu silahdan və 100 ədədə yaxın qızıl-brilyantdan gedir. Onların da qiyməti 1 milyon manata yaxın qiymətləndirilir. İttihama görə, qızıl-zinət əşyaları ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib.

Yüzlərlə əmlak üzərinə həbs qoyulub - Evlər, avtomobillər, qayıqlar...

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin yüzlərlə əmlakı üzərinə həbs qoyulub. 

Buraya 100-ə yaxın “Range Rover”, “Bentley”, “Mercedes”, BMW, “Mitsubishi” və digər markalı minik avtomobilləri, bir neçə yük maşını, motosikletlər, Bakıda və bölgələrdə yerləşən çoxsaylı mənzillər, bağ evləri, qeyri-yaşayış sahələri, qayıqlar, qarajlar və digər əmlaklar daxildir. Təxmini hesablama ilə bütün əmlakların ümumi bazar dəyəri 500 milyon manata yaxındır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi
Borca görə 15 dostunu  zəhərləyib   ÖLDÜRDÜ
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü- 1 il həbs verildi

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi