Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117872
az

Nöqsanlara görə 40-dan çox bağçanın müdiri işdən çıxarıldı

14:1412 Sentyabr, 2024
7
DÜNYA
  • A

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri davam etdirilir.

Dövlət Agentliyindən verilən xəbərə görə, vətəndaş və valideyn müraciətləri əsasında bir sıra məktəbəqədər təhsil müəssisələrində aparılan yoxlama-nəzarət tədbirləri zamanı aşağıdakı nöqsanlar aşkar edilib:

-təşkilati-sənədləşmə işlərinin,

-uşaqların qidalanması prosesinin təşkilinin müəyyən məqamlarda düzgün aparılmaması;

-davamiyyətin aşağı olması;

-prosesə nəzarətin düzgün təşkil edilməməsi;

-uşaqların qeydiyyatı üçün nəzərdə tutulan portaldan kənar azyaşlıların təlim-tədrisə cəlb edilməsi;

Aşkar edilən nöqsanlar nəticəsində ölkə üzrə ümumilikdə 43 bağça müdiri işdən azad edilib.

Qeyd edək ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Suriyanın şimalında 2 terrorçu zərərsizləşdirilib
İsveç və Finlandiya icazə verdi: Rusiyaya birbaşa zərbə endirmək olar!
Tunisdə Türkiyə bayrağı ilə bağlı həbslər başladı