Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117869
az

Minskdə III MDB Oyunlarına hazırlıq müzakirə olunub

13:4112 Sentyabr, 2024
26
DÜNYA
  • A

III MDB Oyunları həm coğrafiyasına, həm də idman növlərinin sayına görə Azərbaycanda keçiriləcək ən böyük yarış olmağı vəd edir.

MDB İcraiyyə Komitəsinin mətbuat xidməti xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva deyib.

Nazir müavini işçi qrupunun üzvlərinə təşkilatçıların qərarı ilə əsas məkanın Gəncə şəhərinin olacağı, yarışların isə ölkənin 15 şəhərində keçiriləcəyi Oyunlara hazırlıq barədə məlumat verib.

Belarusun paytaxtı Minskdə III MDB Oyunlarına hazırlıqla bağlı keçirilən iclasda Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

MDB İcraiyyə Komitəsinin Siyasi, humanitar və sosial sahələrdə əməkdaşlıq departamentinin direktoru Aleksey Sazonovun sözlərinə görə, Azərbaycan tərəfi bu idman tədbirinə hazırlıqla bağlı xeyli iş görüb.

İclasın sonunda müzakirə olunan məsələlər və daxil olan təkliflər nəzərə alınmaqla Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən Oyunların proqramının işlənib tamamlanması ilə bağlı qərar qəbul edilib. Gələcəkdə proqram baxılmaq üçün MDB-nin Bədən Tərbiyəsi və İdman Şurasına təqdim olunacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zelenski-Tramp görüşü: Müharibə hələ bitməyəcək... -YENİLƏNDİ
ABŞ F-16-nın Sarı dəniz üzərində düşməsinin səbəbini açıqlayıb
4 F-16 qırıcısı Rusiyanın Kinjal raketləri ilə məhv edilib

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO