Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117866
az

Pensiyalar nə qədər artırılacaq? - AÇIQLAMA

12:5712 Sentyabr, 2024
76
İQTİSADİYYAT
  • A

"2024-cü ilin ilk 7 ayında Azərbaycanda nominal orta aylıq əməkhaqqı 8.3 faiz artıb. Orta aylıq əməkhaqqındakı artım faizi pensiyalardakı artımı müəyyənləşdirmək baxımından əsas meyardır".

Oxu24.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əməkhaqqıdakı artım faizinə uyğunlaşdırılır:

"Builki orta aylıq əməkhaqqıdakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq. 2024-cü il üçün yekun illik göstərici gələn ilin əvvəlində elan ediləcək. Eyni zamanda, bu ilin sonuna doğru maaş məbləğlərindəki potensial dəyişikliklər də orta illik əməkhaqqı faizinə təsir göstərə bilər. Daha konkret rəqəmlər ilin sonuna doğru bəlli olacaq. Əmək pensiyaları orta aylıq əməkhaqqındakı artım faizinə, pensiya kapitalı isə inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Bu baxımdan, gələn ildən etibarən pensiya kapitalı da indeksləşdirilərək artırılacaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə böyük təmir-bərpa işləri aparılacaq- Prezident açıqladı
Müəllim və həkimlərin maaşları artacaq? -AÇIQLAMA
Neftimiz           ucuzlaşdı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu