Türkiyə ordusunun Şimali İraqda keçirdiyi əməliyyat zamanı PKK terror təşkilatlarının liderlərindən olan Mehmet Soysürən məhv edilib.
Oxu24.com “
Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Savaş Porsipi” ləqəbli terrorçunun PKK-nın “xüsusi təyinatlıları”na rəhbərlik etdiyi və Türkiyə Daxili İşlər Nazirliyinin “qırmızı siyahısı”na daxil olduğu bildirilib.
Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında “Pençe” adlı əməliyyatlarını martın 30-da başlayıb.
Oxu24.com
ŞƏRHLƏR