Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117819
az

Litva uzaq mənzilli silahlar üçün Ukraynaya vəsait köçürəcək

17:2711 Sentyabr, 2024
62
DÜNYA
  • A

Litva hökuməti Ukraynaya uzaq mənzilli silahların, xüsusilə də Palyanitsya dron raketlərinin istehsalının inkişafı üçün 10 milyon avro ayırır.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Ukraynanın Müdafiə naziri Rustem Umerov Telegram kanalında məlumat verib.

Umerov yazıb: “Litva Ukraynaya bizim uzun mənzilli imkanlarımızı, xüsusən də Palyanitsya raket-dronunu maliyyələşdirmək üçün 10 milyon avro ayırır”.

Vəsaitlərin ayrılması Litva prezidenti Gitanas Nausedanın sentyabrın 11-də Kiyevə səfərinin nəticəsi olub. Səfər çərçivəsində Nausėda Litva-Ukrayna müdafiə sənayesi biznes forumunun açılışında iştirak edib.

Avqustun 24-də Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkə Silahlı Qüvvələri ilk dəfə yeni silahdan - “Palyanitsa” pilotsuz uçan aparat raketindən istifadə edib.

Eyni zamanda, hərbi ekspert, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının müdiri Andrey Koşkin qeyd edib ki, yeni Palyanitsya raket-dronunun effektiv silah olması ehtimalı azdır. Ukraynanın hərbi-sənaye kompleksinin yüksək keyfiyyətli avadanlıq yaratması sual altında qalır.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Amerikanın uzaqmənzilli ATACMS raketləri növbəti dəfə Ukraynaya çatdırılacağı təqdirdə məhv ediləcək.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə Ukrayna, nə də Rusiya danışıqlara hazırdır - Ağ Ev
İran Ermənistana qoşun yeridəcək? -VİDEO
BMT Putinlə Trampın mümkün görüşündə maraqlıdır

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib