Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117801
az

Paralimpiyaçılarımız Fəxri və Şəhidlər xiyabanlarında

14:5911 Sentyabr, 2024
44
İDMAN
  • A

“Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirak etmiş Azərbaycan nümayəndə heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər.

Oxu24.com xəbər verir ki, onların arasında Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti Hidayət Abdullayev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin sədri Elnur Məmmədov, digər rəsmilər, eləcə də Oyunların qızıl, gümüş və bürünc mükafatçıları olublar.

Əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül və əklil qoyulub.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanı ziyarət edib. Onlar Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Misli Premyer Liqasında yeni məhsuldarlıq rekordu
Əliyar Ağayev Çempionlar Liqasının oyununda baş hakim olacaq
Cüdoçularımızdan ilk gündə 2 medal

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
DTX və DSX-dən birgə əməliyyat: Sərhəddə uçuş aparatı ələ keçirildi (FOTO)