Daxili İşlər Nazirliyi müğənni Kərim Abbasovun restoranların birində döyülməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.
Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırma davam etdirilir.
Qeyd edək ki, müğənni Kərim Abbasov mahnıları fonoqram ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.
Oxu24.com
ŞƏRHLƏR