Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117784
az

Hacıqabulda iki nəfər narkotiklə tutuldu

11:1411 Sentyabr, 2024
100
  • A

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışını təşkil edən əvvəllər məhkum olunmuş Araz Hüseynov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərindən 1 kiloqrama yaxın heroin, tiryək və kibrit qutularında qablaşdırılmış marixuana aşkarlanıb.

Araşdırmalar zamanı A.Hüseynovun narkotik vasitələrini satış məqsədilə əldə etdiyi müəyyən olunub. 

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə rayon sakini Əliağa Bayramov saxlanılıb. Həmin şəxsdən də metamfetamin və heroin aşkarlanıb.

Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən son bir ay ərzində narkotiklərin qanunsuz dövriyyəsi məşğul olan şəxslərə qarşı keçirilən tədbirlər nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi
Qumbara Bəhruzun əlində partlayıb- Yeni faktlar
Oğurluqda şübhəli bilinən iki nəfər saxlanıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi