Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117772
az

Rusiya Kurskda genişmiqyaslı əks-hücuma keçdi

23:0210 Sentyabr, 2024
127
DÜNYA
  • A

Rusiya Federasiyasının 155-ci motoatıcı alayının hərbçiləri Kursk vilayətində genişmiqyaslı əks-hücuma başlayıblar və artıq ukraynalı döyüşçüləri Qordeyevka kəndindən çəkilməyə məcbur ediblər.

OXU24.COM xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

“Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətindən sıxışdırıb çıxarmaqla əks-hücum əməliyyatına başlayıb. Onlar Qordeyevkaya dörd tərəfdən daxil olublar: Ukrayna qoşunları Korenevo, Kulbaki, Martınovka və Neçayevo kəndlərindən sıxışdırılaraq çıxarılıb. Ukrayna Silahlı Qüvvələri ağır itkilər verərək geri çəkilib. Hazırda Rusiya Silahlı Qüvvələri Apanasovka, Snaqosta, Vişnyovka və Martınovkada irəliləyir. Sucanski rayonunun azad edilməsi əməliyyatı davam edir”, - məlumatda deyilir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə razılaşma əldə edilməsinin mümkünlüyünü qiymətləndirərkən Kursk vilayətindəki vəziyyət fonunda bunu təsəvvür etməyin çox çətin olduğunu bildirmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Onlayn dələduzluq əməlləri sürətlə yayılır - XƏBƏRDARLIQ - VİDEO
Rusiyada güzlü zəlzələ oldu
ABŞ bu tarixdən qoşunlarını İraqdan çıxarır

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
DTX və DSX-dən birgə əməliyyat: Sərhəddə uçuş aparatı ələ keçirildi (FOTO)