Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117769
az

Prezident əlcəzairli həmkarını təbrik etdi

21:5610 Sentyabr, 2024
104
MANŞET
  • A

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb.

OXU24.COM  xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Seçkilərdə qazandığınız inamlı qələbə qardaş Əlcəzair xalqının şəxsən Sizə, tutduğunuz siyasi xəttə böyük inam və etimadının aşkar təzahürüdür.

Biz Azərbaycan-Əlcəzair dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk. Dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi məmnunluq doğurur.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Əlcəzair xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə daim müvəffəqiyyətlər arzulayıram".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xalq artistinə qarşı saxtakarlıq -FOTO
Onlayn dələduzluq əməlləri sürətlə yayılır - XƏBƏRDARLIQ - VİDEO

"İçərişəhər" stansiyasının önündə dəhşətli SIXLIQ yarandı -VİDEO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
DTX və DSX-dən birgə əməliyyat: Sərhəddə uçuş aparatı ələ keçirildi (FOTO)