Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117745
az

SON DƏQİQƏ! Azərbaycanda tiktokla bağlı yeni qərar verilir

17:3110 Sentyabr, 2024
117
REDAKTORUN SEÇİMİ
  • A

Azərbaycan və "TikTok" arasında kontent monetizasiyasından əldə edilən gəlirlərinin vergiyə cəlb olunması ilə bağlı danışıqlar son mərhələdədir.

Oxu24.com  xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Chain Reaction 2024" forumu çərçivəsində keçirilən "Rəqəmsal və metakainat iqtisadiyyatına giriş" adlı panel müzakirəsi zamanı bildirib.

"TikTok" istifadəçilərinin Azərbaycanda kontent yaratmaq və yaymaqla əldə etdikləri gəlirlərin tənzimlənməsinə yönəlmiş bu addım ölkənin müasir rəqəmsal ekosistemi formalaşdırmaq strategiyasının mühüm bir hissəsini təşkil edir.

"Son illərdə Azərbaycan milli biznesin rəqabət qabiliyyətini artırmağa və onu yeni səviyyəyə çıxarmağa aktiv şəkildə çalışır, sahibkarlara dəstək olmaq üçün zəruri alət və infrastrukturu təmin edir. Dövlət öz strateji məqsədlərini aydın şəkildə müəyyən edir ki, bu məqsədlərə yalnız kiçik və orta müəssisələrin dəstəklənməsi deyil, eyni zamanda effektiv rəqəmsal ekosistemin yaradılması da daxildir. Bu sistemdə məlumatların emalı mərkəzləri, saxlama sistemləri, kibertəhlükəsizlik, eləcə də müxtəlif təşkilatları birləşdirən ödəniş sistemləri mühüm rol oynayır," - deyə o qeyd edib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada kütləvi reydlər başladı: 100-dən çox...
Ana və oğlu eyni gündə öldü
Müharibə veteranlarına verilən 80 manatla bağlı AÇIQLAMA

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb