Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117743
az

Hindistan Rusiyanın Ukrayna üzrə danışıqlarda iştirakının vacibliyini qeyd edib

17:1810 Sentyabr, 2024
82
DÜNYA
  • A

Moskva və Kiyevin nümayəndələri Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda birgə iştirak etməlidirlər.

 

Oxu24.com  xəbər verir ki, bu fikri Berlində keçirilən panel müzakirələrində çıxış edən Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar deyib.

Diplomat qeyd edib ki, bu münaqişə hərbi yolla həll edilməyəcək. Əsas tərəflərin - Rusiya və Ukraynanın iştirak etməli olduğu "bir növ danışıqlar" olacaq, o, bildirib.

Onun fikrincə, belə olmamalıdır ki, başqaları öz nöqteyi-nəzərini formalaşdırsın və sonra onu Moskvaya təqdim etsin.

 

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin ərazisində olduğu müddətdə Rusiya Ukrayna ilə heç bir danışıqlar aparmayacaq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna münaqişəsinin ərazilərin mübadiləsi çərçivəsində müzakirə edilməsinin “ciddi olmadığını” qeyd edib. Eyni zamanda, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli təşəbbüsləri rusdilli sakinlərin hüquqlarının təmin edilməsi problemini nəzərə almır, o vurğulayıb.

Bundan əvvəl ABŞ dövlət katibinin keçmiş müavini Viktoriya Nuland İstanbulda danışıqların niyə pozulduğunu açıqlayıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

FSB onları tutdu
Almaniyada Putinin nəyə əmin olduğunu ortaya qoydular
Çin ABŞ-ın müdafiə büdcəsi layihəsinin təhlükələri barədə xəbərdarlıq edib

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi