Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117738
az

Ərdoğan İsrailə qarşı İslam ittifaqı yaradır

17:0510 Sentyabr, 2024
52
DÜNYA
  • A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı ittifaq çağırışı bir çox ölkədə - Rusiyadan ABŞ-a, İrandan İsrailə, Livandan Birləşmiş Ərəb Əmirliklərinə qədər rezonans doğurub.

 

İsrailin “Maariv” qəzeti Ərdoğanın İslam birliyi üçün hərəkətə keçməyə başladığını və Misir prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyəyə səfərinin də bu addımlardan biri olduğunu yazıb. Qəzet əs-Sisinin səfərinin fonuna diqqət çəkib.

“Ərdoğan İsraili dayandırmaq üçün İslam birliyinə çağırıb. “Maariv” qəzeti yazır ki, o, “İsrail dövlət terrorunu dayandıracaq yeganə addımın İslam ölkələrinin birliyi olduğunu” deyib və bununla da öz qətiyyətini dünyaya nümayiş etdirib”.


Yaxın Şərq xəbərlərinin təhlili ilə tanınan Londonda yerləşən Middle East Eye internet saytı, “Arab News” və Livanın “El Mayadeen” telekanalı Ərdoğanın sözlərini manşetlərə çıxarıb. El Mayadin telekanalı xəbəri “Ərdoğan İsrailə qarşı İslam birliyinə çağırır” sərlövhəsi ilə yayımlayaraq, Misir prezidenti əs-Sisinin Türkiyəyə səfərinin bu baxımdan önəmli olduğunu qeyd edib.

Rusiyanın RT telekanalı da prezident Ərdoğanın İsrailə qarşı ittifaq çağırışına geniş yer verib. Telekanal Ərdoğanın “İslam dünyası bir ağızdan danışsa, İsraili dayandırmaq olar” sözlərini sitat gətirib və əlavə edib: “Ərdoğan İsrailə qarşı İslam birliyi istəyir. Ərdoğanın çağırışı təkcə ərəb dünyasında deyil, bütün dünyada rezonans doğurmaqda davam edir”.

Amerikanın “New York Post” qəzeti yazıb ki, prezident Ərdoğan İsrailə qarşı sərt ritorika ilə yanaşı, İslam dünyasını birləşdirməyə çalışır: “Türkiyə prezidenti Ərdoğan İsrail ekspansiyasının yaratdığı artan təhlükəyə qarşı İslam ittifaqını birləşdirir”.

İranın İSNA xəbər agentliyi qeyd edir ki, prezident Ərdoğan uzun müddətdir özünü fələstinlilərin böyük himayədarı kimi göstərib və bunu həm sözləri, həm də əməlləri ilə sübut edib. BƏƏ-nin “Al Arabiya” qəzeti də Ərdoğanın çağırışının türk əsilli amerikalı Ayşenur Ezgi Eyginin İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən vurulmasından sonra gəldiyini qeyd edib. “Al Arabiya” yazıb: “Eyginin ölüm xəbərindən sonra Ərdoğan öz mövqeyini xeyli sərtləşdirdi”.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

FSB onları tutdu
Almaniyada Putinin nəyə əmin olduğunu ortaya qoydular
Çin ABŞ-ın müdafiə büdcəsi layihəsinin təhlükələri barədə xəbərdarlıq edib

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi