Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117707
az

Alimlər açıqladı: bu buzlaq 2040-cı ilədək yoxa çıxacaq

09:3010 Sentyabr, 2024
103
  • A

​​İtaliyanın şimal-şərqindən keçən Alp dağlarının Marmolada zirvəsindəki buzlaq 2040-cı ilə qədər yoxa çıxacaq.

OXU24.COM xəbər verir ki, bu proqnozla Padua Universitetinin alimləri çıxış ediblər.

Onlar Dolomitlərdəki ən böyük buzlağın qalınlığının nəzərəçarpacaq dərəcədə azaldığını bildirirlər. Buzlaq gündə 7-10 santimetr əriyir.

Bildirilir ki, təxminən 136 il əvvəl buzlaq 500 hektar ərazini əhatə edirdi və 700 futbol meydançası böyüklüyündə idi. Son 5 ildə o, 70 hektar və ya təxminən 98 futbol meydançasına bərabər olan ərazini itirib. 1888-ci ildən bəri isə buzlağın qalınlığı 3500 metrdən 1200 metrə geriləyib. Həmin dövrdən bu yana buzlaq ərazisinin 80 faizdən, həcminin isə 94 faizdən çoxunu itirib.

Araşdırmaya görə, İtaliyanın ən böyük buzlaqlarından biri sayılan Marmolada buzlağının qalan ömrü 13-22 ildir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp ABŞ-ı BMT-nin İnsan Haqları Şurasından da ÇIXARIR
Bu dövlət qurumları LƏĞV OLUNDU
Rusiya ilə sərhədyanı rayonlarda blok-post quraşdırılıb? - DİN-dən AÇIQLAMA

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb