Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117691
az

Lavrov ABŞ-ın seçkilərə müdaxiləsi ilə bağlı məlumatlara cavab verib

21:3909 Sentyabr, 2024
63
  • A

Moskva Vaşinqton və Londonun daxili işlərinə, o cümlədən seçkilərə müdaxiləsi ilə necə davranacağını bilir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Hər şeyə və hər kəsə qarışmaq cəhdləri ABŞ-ın, eləcə də Birləşmiş Ştatların əsas müttəfiqləri kimi ingilislərin vizit kartıdır. Bütün bu cəhdlər Rusiya Federasiyasına münasibətdə uğursuzluğa çevrilir”, - nazir bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, yəqin ki, hardasa xarici müdaxilələr ola bilər, üstəlik, dünyada dövlət çevrilişləri ilə bağlı çoxlu məqamlar olub.

Lavrov vurğulayıb ki, Rusiya Federasiyasına münasibətdə istənilən müdaxilə əks effekt verir - Rusiya cəmiyyəti yalnız daha birləşir.

Bundan əvvəl Dövlət Dumasının xarici müdaxilələri araşdıran komissiyasının rəhbəri Vasili Piskarev Moskva, Sankt-Peterburq və Rusiyanın digər regionlarında keçirilən seçkilərdə Qərbin təxribat kampaniyalarının uğurlu olmadığını bildirmişdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya ABŞ-yə səfir göndərib? -Zaxarova açıqladı
"Quşların eyni anda iki mühərrikə girməsi çətindir"- AÇIQLAMA
Fransa Səfirliyində bayraqlar endirildi - Foto

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Ötən gün 5,2 kq       narkotik     aşkarlanıb