Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117687
az

İsveçrə NATO üzvü ilə hərbi təlimlər keçirəcək

20:4109 Sentyabr, 2024
56
DÜNYA
  • A

Neytral İsveçrə və NATO üzvü İtaliya 9-20 sentyabr tarixlərində ilk dəfə birgə hərbi hava qüvvələri təlimləri keçirəcək.

 

Oxu24.com  xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.

 

“2024-cü il sentyabrın 9-dan 20-dək İsveçrə və İtaliya Hərbi Hava Qüvvələri  birgə təlim keçirəcək. İlk dəfə təşkil olunan bu təlim İsveçrə və İtaliyanın imkanlarını müqayisə edəcək, onları inkişaf etdirəcək və qarşılıqlı fəaliyyət qabiliyyətini artıracaq”, - deyə məlumatda bildirilir.

SIFEX təlimində İsveçrə F/A-18 döyüş təyyarələrindən, İtaliya Hərbi Hava Qüvvələri isə Eurofighter və F-35 qırıcılarından istifadə edəcək. İsveçrə ordusu İtaliyaya təxminən 50 hərbçi göndərəcək.

Məlumata görə, təlimlər 2004-cü ildə İsveçrə və İtaliya arasında hərbi təlim sahəsində əməkdaşlıq çərçivəsində birgə fəaliyyət haqqında imzalanmış saziş əsasında keçirilir.

Bundan əvvəl Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin qlobal və inkişaf etməkdə olan risklər departamentinin rəhbəri Jan-Mark Rikli İsveçrənin Avropa İttifaqı və NATO ilə hərbi əməkdaşlığının partlayıcı olacağı fikrini bildirmişdi. Onun sözlərinə görə, NATO və Aİ ilə hərbi əməkdaşlığı genişləndirmək çağırışları İsveçrədə çoxlu mübahisələrə səbəb olacaq.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Şolz ilə söhbətinin təfərrüatlarını açıqlayıb
Ruslar Kursk bölgəsində irəliləyirlər
İran prezidenti oğluna da yüksək vəzifə verdi- FOTO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Antibiotiklər insan ölümünə səbəb olur -ÜST-dən xəbərdarlıq
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO