Ukraynadakı münaqişə Finlandiya üçün şok oldu və İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra ölkənin milli müdafiə sistemində dəyişikliklərə səbəb oldu.
Oxu24.com xəbər verir ki, bunu Yle-yə müsahibəsində Finlandiya Müdafiə Qüvvələrinin komandanı general-leytenant Janne Yaakkola deyib.
“Ukraynada münaqişənin başlanması ölkəmiz üçün şok oldu və İkinci Dünya Müharibəsinin bitməsindən bəri milli müdafiə sistemimizdə ən böyük dəyişikliklərə səbəb oldu. Finləri oyatmağa ehtiyac yox idi. Biz lazımi vaxtda Şimali Atlantika Alyansına qoşulmuşuq”, - deyə hərbçi bildirib.
Yaakkola əlavə edib ki, Finlandiya ərazisində yerləşdiriləcək NATO qoşunlarının dəqiq tərkibi və sayı hələlik məlum deyil. O izah edib ki, hazırda “hərbi qüvvələr təqdim etmək istəyən ölkələrlə danışıqlar hələ də davam edir”.
Sentyabrın 1-də Finlandiya prezidenti Alexander Stubb respublikanın NATO-nun nüvə silahlarını dövlət daxilində yerləşdirməyəcəyini bəyan edib. Eyni zamanda o, ölkənin alyansa ABŞ qoşunlarını öz ərazisində yerləşdirmək məqsədi ilə daxil olduğunu vurğulayıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR