Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117666
az

Ermənistan və Avropa İttifaqı getdikcə yaxınlaşır

19:0409 Sentyabr, 2024
63
DÜNYA
  • A

İrəvan  və Brüssel viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlayır, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının rəhbərinin müavini Marqaritis Şinasla görüşdə deyib.


"Mən şadam ki, münasibətlərimizdə nəzərəçarpacaq dəyişikliklər var: viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar başlayır, Avropa Sülh Fondu ilə Ermənistan Respublikasına dəstək vermək qərarına gəlib, biz bunu yüksək qiymətləndiririk", - baş nazir bildirib.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Paşinyanın sözlərinə görə, Ermənistan faktiki olaraq Aİ ilə gündəmi genişləndirir. O əlavə edib ki, hazırda Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanmasının mümkünlüyü ilə bağlı müzakirələr aparılır. "Bu, çətin məsələdir, lakin Ermənistanın siyasi gündəminin bir hissəsinə çevrilib, ona görə də bu mövzuya ətraflı və hərtərəfli yanaşmaq lazımdır", - Ermənistan hökumətinin başçısı bildirib.

Marqaritis Şinas viza rejiminin liberallaşdırılması üzrə dialoqda Ermənistan hökuməti ilə səmərəli əməkdaşlığa ümid etdiyini bildirib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransa Səfirliyində bayraqlar endirildi - Foto
Təyyarəni qadın pilot idarə edib -İranda ilk
“Göyərtədə uçuşa mane olacaq heç bir qüsur aşkar edilməyib” - “Embraer”

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı