Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117665
az

Avropanın mərkəzində “mini-Rusiya” tapılıb

19:0309 Sentyabr, 2024
81
  • A

Rusiyanın Ukraynaya təcavüzündən sonra digər Qərb ölkələrinə nisbətən Serbiyaya daha az rus getdi, lakin əhalisi iki milyondan az olan Belqradda onların “varlığı hiss olunur”.

 

Oxu24.com xəbər verir  ki, bu barədə “Reuters” yazır.

Serb məmurları və mühacirləri ilə söhbətlərdən sonra agentlik respublikada “mini-Rusiya”nın formalaşdığı qənaətinə gəlib. Belə ki, ölkədə Rusiyaya məxsus klublar, uşaq bağçaları, tibb müəssisələri açılıb. Rus qrupları, müğənnilər və komediyaçılar Rusiya klublarında çıxış edir, rəssamlar da ruslara məxsus qalereyalarda öz əsərlərini nümayiş etdirirlər.


Serbiya Daxili İşlər Nazirliyinin son məlumatlarına görə, 2022-ci ilin fevralından 2023-cü ilin ortalarına qədər 30 mindən çox rusiyalı Serbiyada müvəqqəti yaşamaq icazəsi alıb (sonradan məlumat yoxdur). Reuters yazır ki, Serbiya rəsmiləri əvvəlki illər üçün müqayisəli məlumat verməsələr də, hərbi əməliyyatların başlanmasından sonra axının kəskin şəkildə artdığını bildiriblər. Bu müddət ərzində ruslar Serbiyada müxtəlif sektorlarda - internet xidmətlərindən tutmuş mehmanxana biznesinə və idman məktəblərinə qədər 11,1 min müəssisə yaradıblar.

Bununla yanaşı, agentlik yazır, bəziləri cəmiyyətə inteqrasiya etməkdə çətinlik çəkir və Serbiyanın daxilində “mini-Rusiyadan yapışmağa” üstünlük verirlər.

Eyni zamanda, Rusiya hakimiyyətini dəstəkləyən serblər Serbiyaya köçən rusların fikirlərini bölüşmürlər.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Quşların eyni anda iki mühərrikə girməsi çətindir"- AÇIQLAMA
Fransa Səfirliyində bayraqlar endirildi - Foto
Təyyarəni qadın pilot idarə edib -İranda ilk

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı