Demokratlar Partiyasından ən yüksək hökumət postuna namizəd olan ABŞ-ın vitse-prezidenti Kamala Harris rəqibi respublikaçı Donald Trampla teledebatlara hazır olduğunu açıqlayıb.
OXU24.COM xəbər verir ki, sentyabrın 8-də jurnalistlərdən birinin müvafiq sualını cavablandıran Harris baş barmağını yuxarı qaldıraraq Trampla debat etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, prezidentliyə namizədlər arasında debat sentyabrın 10-da “ABC” kanalı tərəfindən Pensilvaniya ştatının Filadelfiya şəhərində keçiriləcək. Yekun qaydalar hələ sentyabrın 5-də təsdiq edilib.
Xüsusilə, Tramp və Harrisdən mikrofonu söndürməklə rəqibinin çıxışının sonunu gözləmələri tələb olunacaq və cavab müddəti iki dəqiqə ilə məhdudlaşdırılacaq. Yalnız görüş moderatorları əvvəlcədən hazırlanmış qeydlərdən istifadə edərək sual verə biləcəklər.
Oxu24.com
ŞƏRHLƏR