Millətlər Liqasının C Liqasının I qrupunun II turu çərçivəsində baş tutan Slovakiya - Azərbaycan matçından öncə ev sahibləri jest edərək, Azərbaycan Respublikası himnini canlı ifa ilə səsləndirib.
OXU24.COM xəbər verir ki, himnimizi oxuyan qadın Karen Danqe Manafzadədir.
O, pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin həyat yoldaşıdır. Cütlük 2019-cu ildə Avstriyada ailə həyatı qurub.
Qeyd edək ki, A.Manafzadə Azərbaycanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafovun oğludur.
Oxu24.com
ŞƏRHLƏR