Türkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən 8 yaşlı Narin Güranın meyiti Tavşantəpə kəndi ərazisində tapılıb.
OXU24.COM xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də bildirib.
“Təəssüflər olsun ki, Diyarbəkirin Bağlar mahalının Tavşantepe kəndində itən qızımız Narinin cansız bədəni axtarış xilasetmə qruplarımız tərəfindən tapılıb. Narin qızımıza Allahdan rəhmət, ailəsinə başsağlığı veririk” ,- nazir qeyd edib.
Xatırladaq ki, Narin Gürənin itkin düşməsi Türkiyədə rezonans yaradıb. Qolundakı diş izlərinə görə şübhəli bilinərək saxlanılan Narinin qardaşı sonradan sərbəst buraxılıb. Qızın əmisi (Tavşantəpə kəndinin muxtarı) Sami Güran isə şübhəlilər sırasındadır.
Oxu24.com
ŞƏRHLƏR