Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117581
az

İlon Mask Marsa ilk uçuşların vaxtını açıqladı

10:2208 Sentyabr, 2024
47
CƏMİYYƏT
  • A

“Starship” kosmik gəmisinin Marsa ilk pilotsuz uçuşu iki ildən sonra, insanlı uçuşu isə dörd ildən sonra planlaşdırılır.

OXU24.COM xəbər verir ki, bu sözləri "X" sosial şəbəkəsindəki səhifəsində amerikalı sahibkar, "SpaceX"-in yaradıcısı İlon Mask deyib.

“Bu kosmik gəmilər 2 il sonra Marsa gedəcək... Marsa enişin təhlükəsizliyini yoxlamaq üçün pilotsuz olacaqlar. Əgər eniş uğurlu olarsa, 4 ildən sonra Marsa ilk insanlı uçuşlar planlaşdırılır”, - Mask yazıb.

Onun proqnozuna görə, uçuşların tezliyi eksponent olaraq artacaq. Missiyaların məqsədi təxminən 20 il ərzində Marsda özünü təmin edən şəhər yaratmaqdır.

"SpaceX" uzun məsafəli kosmik səyahətlər üçün "Starship" gəmisini yaradır. Bu gəmi indiyədək dörd sınaq uçuşu həyata keçirib, lakin onlardan yalnız bu ilin iyununda biri uğurla başa çatıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Axşam yemək yeməsək nə baş verər?
Müəllim və şagirdlər məktəbə velosipedlərlə gəldilər -FOTO
Qarabağ Universiteti ilk tələbələrini qarşıladı -VİDEO