Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11758
az

Elinanın intihar etdiyi məktəbin direktoru işdən çıxarıldı

18:5908 Aprel, 2019
723
CƏMİYYƏT
  • A
 
Elina Hacıyevanın intihar etdiyi 162 nömrəli məktəbin direktoru Sevinc Abbasova işdən çıxarılıb.

Təhsil Nazirliyindən  daxil olan məlumata görə, orta məktəbdə baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə Təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb.

Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.

Xatırladaq ki, Bakı Şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbdə baş vermiş hadisə ilə bağlı yaydığı birgə məlumatda qeyd olunduğu kimi  Bakı Şəhər Prokurorluğunda müvafiq istintaq tədbirləri həyata keçirilir.

Aparılan istintaq tədbirləri nəticəsində hadisənin baş vermə səbəbləri tam aydınlaşdırılacaq və bununla bağlı ictimaiyyətə əlavə  məlumat veriləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan və Türkiyə arasında regional ticarətin davamlılığı müzakirə edildi
Bu qidalarla xərçəng riskini azaltmaq olar - SİYAHI
Laçında ayı bir nəfəri yaraladı, hərbçilər köməyə gəldi -FOTO

Kardaşyan 30 min dollara robot aldı

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Polis 1 gündə 69 kq-dan çox narkotik  aşkarladı