Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti medalını qazana bilər.
OXU24.COM xəbər verir ki, idmançı bu dəfə 400 metr məsafədə bacarığını göstərəcək.
Paraatletikada final yarışları Bakı vaxtı ilə saat 12:21-də başlayacaq.
Oxu24.com
ŞƏRHLƏR