ABŞ-ın Arizona ştatında sükan arxasında “TikTok”-da videoya baxan yük maşını sürücüsü qəza törədib.
OXU24.COM xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Bildirilir ki, 2023-cü ilin yanvarında baş vermiş qəzada 5 nəfər ölüb. Sürücü qəsdən adam öldürmə ittihamı ilə mühakimə olunub.
Prokurorlarla razılaşmanın bir hissəsi olaraq o, daha az ittihamlarla günahını etiraf edib.
Maricopa Prokurorluğu sürücünün ümumilikdə 22,5 il həbs cəzasına məhkum edildiyini bildirib.
Oxu24.com
ŞƏRHLƏR