Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1175
az

Rus pilotun Bakı trasında ağılsız drifti təhlükəli qəza ilə nəticələndi - FOTO

16:1128 Aprel, 2018
955
  • A
Oxu24.com xəbər verir ki, Formula 1 üzrə Azərbaycan Qran Prisinin sonuncu, üçüncü sərbəst yürüş sessiyası zamanı da qəza baş verib.  

Yürüşün bitməsinə cəmi 9 dəqiqə qalmış trasda marşalların sarı, daha sonra qırmızı bayraqları dalğalanmağa başladı və sessiya məcburi dayandırıldı.

Səbəb isə "Uilyams" komandasının rusiyalı pilotu Sergey Sirotkin idarə etdiyi bolidlə 3-cü döngəyə girə bilməməsi və maşını təhlükəsizlik divarına çırpması oldu. Qəzadan dərhal evakuator yola çıxarıldı və dağılmış bolid trasdan çıxarıldı.

Qəza nəticəsində bolidin bir hissəsi demək olar ki, dağılıb. Belə ki, maşının sağ təkəri və asılqanı tam sıradan çıxıb.
 
Ona görə də maşının 2 saatdan sonra başlanacaq təsnifat yarışına tam hazırlanıb-hazırlanmayacağı böyük sual doğurur.

Yəni ola bilər ki, "Uilyams" təsnifat yarıışına cəmi bir maşınla qatılsın.

Qeyd edək ki, dünən sərbəst yürüşlər zamanı "Red Bull"un pilotu Makd Ferstappen də divara çırıpılaraq yürüşü dayandırmağa məcbur olmuşdu Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcü diplomatlar Avropaya vizasız gedə bilməyəcək
Azərbaycanda güclü YANĞIN: xəsarət alan var
O da boşandıqdan sonra imicini KÖKÜNDƏN DƏYİŞDİ -FOTO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu