Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117496
az

Yaponiya Belarusa etiraz göndərdi

14:0006 Sentyabr, 2024
105
DÜNYA
  • A

Yaponiya hökuməti Belarusun dövlət televiziyasında casusluqda ittiham olunan yapon vətəndaşı Masatoşi Nakanişi haqqında proqramın yayımlanması ilə əlaqədar Belarusa etiraz etdiyini bildirib.

Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin Baş katibi Yoşimasa Hayaşi məlumat verib.

"Biz proqramın ləğv olunmasını təkidlə xahiş etsək də, təəssüf ki, nəticədə o efirə getdi. Efirdən dərhal sonra biz Belarus XİN-ə etirazımızı bildirdik", - deyə Hayaşi bildirib. Onun sözlərinə görə, Yaponiya tərəfi hesab edir ki, proqramın məzmunu insan hüquqlarını poza bilər.

Çərşənbə günü "Belarus-1" dövlət televiziya kanalı xəbər verib ki, ölkədə Yapon xüsusi xidmət orqanlarının əməkdaşı saxlanılıb. O, Belarusda sosial-siyasi vəziyyət, Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün həyata keçirilməsi, Belarus-Ukrayna sərhədində baş verənlər, habelə hərbi infrastrukturun çəkilişi barədə məlumat toplayırmış.

Nakanişi 2018-ci ildə Belarusa gəlib. O, respublika vətəndaşı ilə saxta nikah bağlayıb, sonra isə bu nikahı pozub. Fransisk Skorina adına Qomel Dövlət Universitetində yapon dili müəllimi kimi işə düzəlib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampın andiçmə mərasimi ilə bağlı dəyişiklik ola bilər
"TikTok" ABŞ-da QADAĞAN olunur - Bu tarixdən...
Amerikalı kinorejissor 87 yaşında vəfat edib

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Kabinetlərdə diş çəkilməsi və implant qadağan olunub?- Rəsmi açıqlama
Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı