Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117475
az

Sabiq məmurun oğlu azadlığa buraxıldı

10:0006 Sentyabr, 2024
77
  • A

Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin sabiq müdiri Bəhram Abbasovun oğlu, "Konstra" MTK-nın təsisçisi və sədri Bəsrət Abbaslı azadlığa buraxılıb.

Oxu24.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi B.Abbaslı barəsindəki hökmü dəyişib. O, dünən məhkəmə zalından azadlığa buraxılıb.

Həmçinin B.Abbaslı və atasına məxsus əmlaklar üzərinə qoyulmuş həbs qərarı da götürülüb. Sözügedən əmlakların bir neçə milyon manat dəyərinin olduğu bildirilir.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən ilin dekabrında çıxardığı hökmə əsasən, MTK-nın direktoru Dilafir Rəsulov və əməkdaşı Tahir Əliyev də təqsirli bilinib. D.Rəsulov və T.Əliyev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda zərər vurmaqla) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), B.Abbaslı isə yalnız 303.2-ci maddəsi (müsadirə edilməli olan əmlakı gizlətmə və ya mənimsəmə, habelə əmlakın müsadirə olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icra olunmasından başqa cür yayınma) ilə ittiham edilirdi. Onlar zərərçəkmiş şəxslərdən pul alsalar da, ev verməyib, pulu öz maraqları üçün xərcləyiblər.

Əvvəlki hökmə əsasən, D.Rəsulov 13 il 6 ay, T.Əliyev 13 il, B.Abbaslı 1 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi. İstintaq dövründə zamində olan B.Abbaslı məhkəmə zalında həbs olunmuşdu.

Qeyd edək ki, "Konstra MMC" şirkəti ilə əlaqədar uzun müddətdir narazılıqlar var. Məsələ ilə bağlı açıqlama verən Bəsrət Abbaslı bildirmişdi ki, atası Bəhram Abbasovun qanuni olaraq şirkətə aidiyyəti yoxdur. Onun sözlərinə görə, sadəcə cavan olduğu üçün əksər görüşlərə atasını da aparıb.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi
Qumbara Bəhruzun əlində partlayıb- Yeni faktlar
Oğurluqda şübhəli bilinən iki nəfər saxlanıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi