"Yeni nazirlər payız dövründə konkret nəticələr göstərməlidir".
OXU24.COM xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Nazirlər Kabinetində kadr dəyişikliyindən sonra bildirib.
O vurğulayıb ki, yeni vəzifədə olan hər kəs payız dövründə müəyyən nəticələr göstərməlidir.
Zelenski əlavə edib ki, onlarla konkret tapşırıq var, məsələn, Qərb tərəfdaşlarından Ukraynaya silah tədarükünü artırmaq.
O qeyd edib ki, bu gün dövlət qurumlarından bütün səviyyələrdə mümkün qədər fəal işləmək tələb olunur.
Oxu24.com
ŞƏRHLƏR