Rusiya prezidenti Vladimir Putinin ABŞ-da keçirilən prezident seçkiləri ilə bağlı açıqlamaları Ağ Evin xoşuna gəlməyib.
Oxu24.com xəbər verir ki,bu barədə TASS yazır.
“Birləşmiş Ştatların növbəti prezidentinin kim olacağını müəyyən etməli olan yeganə insanlar Amerika xalqıdır. Və əgər cənab Putin, birincisi, seçkilərimiz haqqında danışmağı dayandırsa, ikincisi, onlara müdaxiləni dayandırsa, biz çox minnətdar olardıq”,- deyə Ağ Evin sözçüsü Con Kirbi bildirib.
Sentyabrın 5-də Putin deyib ki, Rusiya noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi “dəstəkləyəcək”. Dövlət başçısı xatırladıb ki, əvvəllər Rusiyanın “favoriti” ABŞ prezidenti Co Bayden olub, lakin Putinin qeyd etdiyi kimi, o, prezidentlik yarışından “çıxarılıb”.
Cümə axşamı Sky News yazıb ki, Putinin Moskvanın ABŞ-da keçiriləcək prezident seçkilərində Harrisi "dəstəkləyəcəyi" ilə bağlı şərhləri Rusiya liderinin istehzalı və intriqa olduğunu göstərir, çünki o, "hər zaman nə düşündüyünü söyləmir".
Həmin gün alman sahibkar Kim Dotkom qarşıdan gələn seçkilərdə Harrisi dəstəkləmək barədə sözlərindən sonra Putini şahmat üzrə qrossmeyster adlandırıb.
Miri
ŞƏRHLƏR